غربی آذربایجان مودافعه کمیته سی

غربی آذربایجان مدافعه کمیته سی

غربی آذربایجان مودافعه کمیته سی

غربی آذربایجان مدافعه کمیته سی

Urmuda seçgilər və Kürdlər

 

Urmuda seçgilər və Kürdlər ;

 

Azərbaycan Milli Hərəkatı böyük- kiçik bütün imkanlardan yararlanaraq bütün sahələrdə irəliləməyi bacarmalıdır. Biz mütəşəkkil olmağa can atarkən, hərəkətimizi gücləndirərək özümüzün müdafiə sistəmini yaratmaqla hücum planını hazırlamaqda bütün fürsətləri düzgün dəyərləndirməliyik.

Batı Azərbaycan, özəlliklə Urmu və Sulduzda seçgilərdə iştirak edib, Türk əsilli bir nümayəndənin seçilməsindəki faydaları geçən yazılarımda dərinliyinə araşdırdığım üçün artıq vaxtınızı almaq istəmirəm, qısaca işarə etməklə yetənirəm.

Seçgilərdə iştirak edərək Türklərin qazanması ilə!

1-  Kürd dəstələrinin yalançı iddealrının üstü açılacaq. Bu yalançı təbliqata inananlar istər öz millətimizdən istərsədə başqaları gərçəkləri görüb ona görə fikir yürüdəcəklər.

2-     Beynalxalq hüquq aləmində özəlliklə gələcəkdə masa başındakı müzakirələrdə millətimizin istifadəsi üçün sənədlərə biridə eklənəcək.

3-     O bölgədə yaşıyan millətimizin ruh yüksəkliyinə səbəb olaraq Kürd şovinistlərinin planlı şəkildə Urmu və ətrafına təbliqatçı göndərərək millətimizi qorxudub qaçırtmağa çalşdığı siyasəti çürüyəcək.

4-     Milli hərəkətçilərimizin bu ağır və polisi ortamda bir araya gəlmələri üçün münasib ortam yaradacaq.

5-     Milli hərəkatımızı müdafiə edən vəya ona nisbi yaxın olan organları və yüksək səviyəli şəxsiyətləri dahada ürəkləndirəcək.

6-     Birlikdə müqavimət fikrinin gücünü artıracaq.

7-     Ətrafda yaşıyan və Kürd dəstələrinin təbliqatına inanaraq böyük bir faciəyə doğru sürüklənən bəzi səmimi Kürdlərə oyanış qamçısı vuracaq.

8-     Yalançı təbliqatla bölgədə millətlər arasında kin və nifrət yaradan düşüncənin təsirini azaldacaq.

9-     Yaxınlaşan faciənin qarşısında bir maniə törədərək insanların qanının tökülməsinin önlənməsində rol oynuyacaq.

10-  Və ................

 

Bu bölgədə seçgilərdə iştiraka çağırmağın, Azərbaycanı parçalamq mənasına gəlmədiyini, tam tərsinə tarixi torpaqlarımıza göz tikənlərin parçalama çabalarının qarşısını almaq üçün dərin mənali və ölçülü bir siyasət olduğunu vurqulamaqda fayda görürəm.  Umumiyətlə Güney Azərbaycanın bütün bölgələrində bu seçgilərdə iştirak edib- etməmə barədə əziz dostum Dr. Səməd bəy Niknam və sayın Maşallah bəy Rəzminin fikirləriniə böyük ölçüdə qatılmaqla birlikdə  AZBİLTOP -un son bəyaniyəsinə diqqət çəkirəm.  Çünki, güneydəki fəallarımızın zehniyətdən uzaq, gərçəklərə dayanaraq və eyni halda bir tək yol seçərək qərar verib təbliqat aparmalarını daha uygun gördüyümü bildirmişdim.

Daxildə ön səngərdə savaşan milli mübarizlərimiz, bütün bunları nəzərdə alaraq batı Azərbaycanda özəlliklə Urmuda bütün güclərini səfərbər edərək mümkün qədər mütəşəkkil olaraq seçgilərdə iştirak etməlidirlər. Atalar demişkən “ dəvədən bir qıl da çəksən qənimətdir” bu durumdan istifadə edib, inzivadan çıxaraq təhərrük etmək, milli təfəkkürlülərimizin adaylığına  icazə verməzlərsə ki vermiyəcəklər, bizə yaxın olnlara yardım etmək, Türk millət vəkillərini məclisə göndərmək milli hərəkatımızın və gələcəyimiz üçün ən düşüncəli siyasətdir.

Xaricdə oturub, Türk sözündən diskinənlər, özü qayırma rəhbərlik yuxusu görərək buna – ona daş atmaq üçün nəzəriyə verənlərin bulaşıq sözləri, sizləri çəkindirməməlidir, qollarızı daha da yuxarı çırmalamağa  şirnikdirməlidir.

Urmuda Kürd məsəlisinə gəldikdə isə, Urmudan, İsmail ağa Simitqonun cinayətlərindən, birinci - ikinci dünya müharibələrindəki Kürd talanları və soyqırımlarınından məlumatı olmuyanların, islam inqilabında Urmu da başverənlərdən xəbərsiz olanlar vəya o zamankı irticai təfəkkürlə Kürd dəstələri ilə birlikdə Sulduza hücum edənlərin qeyri elmi və bəzəndə qərəzli təhlilləri bir daha bu məsələyə qayıtmağı boynuma yüklədi. Bu təhlillərin bəziləri insan sevərlik donu ilə bəzənmişsədə, millətimizə rəva görüləcək ən böyük qeyri insani hücumları ya görmür yada görməməzlikdən gəlir.

Bugünkü durumda batı Azərbaycandaki vəziyəti  təhlil üçün dərin məlumat, tarix bilgisi, milli təfəkkür, bölgə və dünya siyasətini olduğu kimi anlamağın vacibliyi inkar edilməzdir. Bizim, Kürd vəya başqa milləetlərlə düşmənçiliyimizin olmadığnı, ancaq torpaq və millətimizə hücümlar qarşısında özümüzü müdafiə etmək məcburyiətində qaldığımızı bilənlər yaxşı bilirlərki, onların bizimlə probləmi var, torpağımızda gözü var.

Hər hansi bir çürümüş ideologiyə sahib olanlar, şəxsi münasibətləri milli mənafeidən üstün tutanlar, elmi və bilgi yetənəyi olmuyanların, Urmudaki durumu təhlildə apardıqları qeyri siyasi ve qeyri milli fikir vəya təhriflər millətimiz tərəfindən bağışlanmazdır. Şübhə yoxdur ki, tariximizi düzgün tərəzidə ölçmə qabiliyətində olmuyanlar, Manna dövlətinin mahiyətini bilmiyənlər və ona sahib çıxmaq istəyənləri tanımıyanlar, tarixi səlaciqəni oxumuyanlar, Osmanli tarixini vərəqləmiyənlər, Ustad Məhəmməd Təməddün- Eli Dehqan – Kavə Bayat- Urmu xanı Məhəmməd Quli xan Əfşar – Mütəmədülvüzəranın xatirələri və onlarca belə əsərləri oxumuyanlardan düzgün  analiz gözləmək olmaz. Ancaq məlun Kəsrəvinin “ Azərbaycanın 20 illik tarixini “ çoxlarının oxuduğuna da şübhə edilməz. O hadisələri dəyərləndirirkən baxış açısını Kəsrəvi zaviyəsinə tuşluyanlar vəya milli məfkurə yerinə hələdə təbəqati təhlillərlə yanaşanlar, dayaz suda boğulan uşaq kimi iməkliyərək milləti qalanmış tonqala sarı əli yalın sürükləməkdədirlər. Bir zamanlar Rusqulu, Şahqulu vəya imamqululuqla məşqul olanların ürəkdən millətin qoynuna sığınmıyanları özlərini böyük siyasətçi saysalar da hələdə o  anti Türklərin alışdırdığı təhlil metod ölçülərində özlərini aldatmaqdadırlar. 

Bizlərin xətası millətimizin bugünü və gələcəyinə böyük təhlükələr törədəcəyinə şübhə ediləməz. Osmanlı impiratorluğunun, Güney Andolu və Diyar Bəkiri, Azərbaycanlı Aqqoyunlu Türklərindən boşaldaraq yerinə başqa millətləri yerləşdirməsinin səbəbi nə olursa – olsun bugün öz törəmələri xusran və əzabını çəkməkdədir. Rəhmətlik Seyid Cəfər pişəvərinin Soyuq bulaq xətasının yanında Zəncanı itirməsi və ya Azərbaycanın Tarixi torpaqları ( Qəzvin – Həmədan- Sungur- savə - Ərak.........) iddeasızlığı nəticəsində böyük gücə dönüşəməməsi bizi bugünə gətirib çıxarmışdır. Ana dili üstündə dəyərli cavanlarımız zindanlarda, eşikdəkilər isə olmazın təhqirlərə məruz qalmaqdadır. Başqasına yox, ancaq millətimizə güvənməli, millətimizi ayağa qaldırmalı, güclü və əyilmiyən bir qol olaraq başqa millətlərlə diplomatik əlaqələr yaratmalı və müzakirə masası arxasında oturmalıyıq.

Urmu ilə bağlı son günlər radyo- televizyonlarda müsahibələri, qrup və sitələrdə yazıları, paltalk otaqlarında müzakirələri və sairə hər kəs görüb və müxtəlif görüşləri eşitməkdədir. Bu təhlillərin bir bölümünün milli hərəkatımıza uygun bir bölümünün isə təhlükəli olduğu aşikardır. Təəssuflə bu təhlükəli  dəyərləndirmələrin bəzisi səmimiyətinə və demokratik düşüncəsinə inandığımız çəvrələrdən gəldiyinə görə təhlükə iki qat artır. Çünki bu təhlillərə millətin bir bölümü inanaraq müqavimət və dirəniş təfəkkürü yerinə sözdə siyasət, əməldə təslimçilik prensipini güdür. Bu haqda iki məsələyə toxunaraq sözlərimə son verirəm.

1- Təəssüflə və utanaraq deməliyəmki güclü bir təşkilatımızın olmadığına görə bugün sistematik müqavimət imkanımız yoxdur. Batı Azərbaycanda hər an gözlənilməz bir hadisənin baş verəbiləcəyi isə bizi gözləməz. Xalqımızın tarix boyu olduğu kimi bu gündə özünü qorumaq üçün silahını yastığının altına qoyması onun güvən qaynağıdır.

Bunu başqa yerə yoranlar xəta içindədirlər.

2-  Bütün savaş və mübarizələrin sonu müzakirə ilə bitdiyinə şübhə yoxdur. Ancaq Kürd dəstələrinin batı Azərbaycan haqqındakı iddeaları, xəritələri, təbliqat və təhrikatı kəsilmədikcə Azərbaycanın hər hansı bir şəxs – qurum və quruluşunun onlarla müzakirəyə girməsi uydurma siyasətdir. Qılıncını qınında gizlədərək uzanan dostluq əli görünmüyən düşmən qədər təhlükəli, aldatıcı və yalançıdır. Özümüzü siyasətçi sayaraq bu oyunlara gəlməyimiz də bağışlanmazdır. Biz ancaq bütün Kürd dəstələrinin təbliqat maşının bu mütəcaviz çağırışlarına son qoymaları ilə onlarla bir masa başında oturmağı düşünməliyik.

 

Böyük Rəsuloğlu  12. 02. 2008

 

 

 

نظرات 2 + ارسال نظر
حق گو 1386/11/29 ساعت 11:11 ق.ظ

متاسفانه نتیجه فهرست 5بعلاوه 6 استان بدون توجه به نظرات مردمی وبدون هیچ اقدامی در راستای نظر سنجی وبرخلاف نظر بزرگان اصولگرای کشور یک ضرورت انتخابات اصلح شکل گرفته واخبار رسیده ومتواتر حاکی از آن است که دو نفر یعنی علیرضا غنی زاده )برادر شوهر خانم پورحیدر ) وصادق دین پرست پسر خاله استاندار محترم بیشترین تاثیر را داشته اند واز این حیث کسی بخودش جرات نمی دهد که با تخلف آشار ایشان مبنی بر اعلام وتکثیر عکسهای سه نفره در راهپیمایی22بهمن (چورحیدر= فتح نژاد=جعفری) که همه دلسوزان را رنجانیده برخود قانونی نماید .این در حالیست که 6بعلاوه5 تهران با این فهرست موافق نبوده و آقایان در استان تلاش داشته اند با این رفتار مسئله دار تهران را در مقابل عمل انجام شده قرار دهند.

سلاملار عزیز دوست سیزین چوخ گوزل سایتینیز وار من اورمودان سیزه باش وورموشام اگر مایل اولساز من سیزی لینک ادیم سیزده منی
وبلاگ :http://www.yalandonia1355.blogfa.com
آدی:ayrilig

برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد