غربی آذربایجان مودافعه کمیته سی

غربی آذربایجان مدافعه کمیته سی

غربی آذربایجان مودافعه کمیته سی

غربی آذربایجان مدافعه کمیته سی

 

 

 

Urmu seçgilərinin nəticələri  !

 

 

 

Azərbaycan Türk millətinin Urmu seçgilərinin birinci addımındakı başarısını təbrik edərək ikinci tura hazırlanmağın vacibliyini vurqulamağı milli borc sayıram.

 

Əsasən seçgiləri kimin və harda boykot etməsindən vəya qoşulmağa çağırmasından asılı olmuyaraq boyuk siyasi geçmişə sahib olan millətimiz ən doğru yolu seçmişdir. Batı Azərbaycanda yüksək fəaliyət göstərərək Azərbaycanın milli mənafein qorumaqla birlikdə Təbrizdə düşük iştiraki ilə öz sözünü demişdir. Ancaq bəzi quvvələrin aldatmacalarına baxmıyaraq “ Azərbaycan öğrənci hərəkatının” seçgilərin nəticəsinə göstərdiyi münasibətdə vurquladığı çox əhəmiyətli bir fikirə toxunmaq istəyirəm. Onlar yazırlar “ Təbrizdə iştirakçıların az olmasını,  Azərbaycan milli hərəkatındakı bəzi qurum və şəxsiyətlərin təhriminə bağlamaq doğru deyildir. Çünkü başqa bölgələr o cümlədən Tehran və İsfahanda da iştirak nisbəti % 30 altında olmuşdur və buda Əhmədi Nəjadın apardığı qələt siyasətin nəticəsidir”. Bunuda vurqulamaq gərəkirki, Təbrizdəki iştirak təqribən % 27 olaraq millətin münasibətin parlaqca göstərmişdir        ( fikrmimcə sayın Sərrafi bəyin hesablamalarında sadəcə Təbriz şəhəri nəzərdə alınmışdır və % 33 dəyərləndirilmişdir).

 

Geçən yazılarımda da işarə etdiyim kimi Güney Azərbaycanın başqa bölgələrində seçgilərə qoşulub – qoşulmamaq siyasətində xaricdəkilərin dəxalətin düzgün görmədiyim halda batı Azərbaycan, özəlliklə Urmuda iştirakın milli mənafeimizə uygunluğun tikrar etmişdim. Nəticələr isə bu siyasətin qızıl xətt olduğunu, yəni millətin iradəsinin hər şeydən üstün  olduğunu açıqca göstərmişdir.

 

Urmu seçgilərində bəzi üzdən iraq siyasətçilərin Kürdpərəst təbliqatlarına və keşikçilər şurasının geçən seçgilərdə uyguladığı oyunların tayını başqa bir biçimdə sırımasına baxmıyaraq millət yumuruğunu düyünləmiş və təpələrindən yendirmişdir. Ancaq Azərbaycan milli hərəkatına soxulmuş, Sulduza hücum projəsində irticai ideolojik çıxarlar hesabına iştirak edənlərin mənfi təbliqatı istərsədə Tehranın seçgi qabağı oyunları tam çıplaqlığı ilə rusvay olmuşdur. Milli hərəkətin və Türk millətçilərinin düzgün və məntiqi siyasəti onların siyasi xətalarını üzə çıxarmışdır. Bunu düzgün tərəzidə ölçərək təhlil edərsək, anti Azərbaycan və anti Türk cərəyanların, milli hərəkət qarşısında sınaraq, qırılaraq, kırıx qaldığı açığa çıxacaqdır. Bu təhlil birdə ona görə lazimdir ki, özümüzə güvənərək, millətimizin gücünə dayanaraq bütün maniələri aşacağımızın bir göstərcəsidir.

 

Bu barədə yuxarıda adını çəkdiyim iki cərəyanın qələt siyasətlərini açmaq millətimizin gələcəyinə umidlərin artmasına səbəbdir.

 

 

 

1-Keşikçilər şurasının oyunu!

 

Urmuda 35 nəfər Türkün adaylığını təyid edərək genə Türklərin səsini bölməyə çalışdılar. Bunun qarşısında Abdurrəhman Nəqşi adında hakimiyət yandaşı tək bir Kürdün səlahiyətini təyid etməkdən neçə hədəf güdürdülər.

 

A-    Türkləri azınlıqda göstərmək üçün qarşı tərəfin səsni bölmədən birinci turda vəkil çıxarmaq. Çünki çox gözəl bilirlərki ikinci turda Türklərin səsini bölmə mexanizmi olmadığına görə qarşı tərəfin səs gətirməsinə imkan yoxdur.

 

B-    Milliyətindən asılı olmuyaraq öz tərəfdarlarından birini məclisə göndərmək.

 

C-    Siyasi hesab- kitabdan çoxda başı çıxmıyan molla Həsəni və tərəfdarlarına, müsbət münasibətlərini sübut etmək.

 

 

 

Buraya qədər ortaya çıxan nəticələr göstərirki, Tehran xəta etmişdir və uduzmuşdur. Birinci hədəfdəki xəta seçgilərin nəticəsində gizlənmişdir. Çünkü 248640 səsdən, onların dəstəklədiyi Abdurrəhman sadəcə 57500 səs qazanmışdır. Bu ölçü dəyəri hətta ikinci şəxs olan Cavad Cahangirzadədən də alçaqda qalmaqla birgə, geçən seçgilərə nisbət təqribən 20% az olsada birinci səs gətirən Türk əsilli seyid Səlman Zakiri 67000 səs ilə millət vəkili olaraq təqribən geçən seçgilərdəki eyni mərhələyə nisbətlə 10% artım göstərmişdir.

 

Bu bir tərəfdəndə göstərirki, bölgədə yaşıyan Kürd əsillilərin bir bölümü, öz gələcəklərini və mənafeilərini qorumaq üçün  terorist dəstələrin vəya Arya ırqçılarının arxasınca getməkdən imtina edəbilərlər. Çünki qonaqpərvər Urmu əhalisi ilə dostca yaşamaq hər iki millətin xeyir və səlahınadır.

 

Burada bir haşiyə çıxaraq, gizlin adlarla yazı yazib” Türklər gücləndikcə bölgədəki millətlər arasında savaş yerinə barış olacağı “ fikrini anlamıyan və ya anlamaq istəmiyən qızıl irticai təfəkkür sahiblərinə bir oyanış və anlayış qamçısınında vurulduğu anlaşılmaqdadır.

 

      İkinci hədəflərinə çatmaq üçün nə oyunlar bəziyəcəkləri aydın deyil. Ancaq millət bir – birine umidvar olub gözləmədən ikinci turda iştirak edərsə Abdurrəhman Nəqşinin vəkil olma şansı azalacaqdır. Millət ona görə bir-birinə salmadan tökülüb səs verərək öz millət vəkilini seçməlidir ki, terorist dəstələrin təbliqatı nəticəsində Abdurrehman haqqindaki fikir, soydaşları arasında deyişdirilə bilər.  Bunların bölgə əhalisinin % 15 faizini təşkil etməsini rəqəmlərin bir daha göstərməsinə baxmıyaraq, iştirak edərək kəsin üstünlüyün əldə edilməsi orada yaşıyan millətlərin hamısının xeyrinə olacaqdır.

 

Tehranın üçüncü oyununun özlərinə qayıdması üçün milli hərəkətçilərin ifşası böyük təsir göstərəcəkdir.

 

Bu təhlilə doğrudan – doğruya dəxli olmasada Tehranın, Azərbaycan milli hərəkatının qarşısında əl – ayağa düşərək Təbriz seçgi siyasətində özünü itirməsinin bir faktınında açılması güclü millətimizin gələcəyinin aydınlığından xəbər verir. Kimsəyə sır deyilki, Təbrizdə milli herekete bağlı vəya yaxın olan vəya özlərindən olsada heç olmasa Azərbaycan həqiqətlərini bir balaca qoruyabiləcək adaylardan birini təyid etmiş olsaydılar durum deyişəcəkdi. Təcrübə göstərmişdirki, o halda Təbrizdə qatılma nisbəti % 50- ni aşabilərdi. Ancaq Azərbaycan Türk millətinin böyük potansiyelindən öyləsinə diskinməkdədirlərki, bəzən öz mənafeilərində təhlükəyə salmaqdanda çəkinmirlər.

 

Bu çirkin siyasətin nəticəsini yumaq üçün doğu Azərbaycandaki MSK-in ( məclis seçgi komisyonu) isfənd ayının 26- da verdiyi nəticələri ayın 28-də təkzib edərək yeni bir saxtakarlığa imza atması qara üzlərini lap qaraladı. Kimsəyə sır deyil ki, o ölkədə bugünə qədər aparılan seçgilərdə seçilmişlərin seçilməsində böyük pozuntulara yol verilməmişdi. Bu səfər isə qatil Əhmədi Nəjadın qələt siyasətləri nəticəsində, öz aralarındakı yarqan öyləsinə derinləşmişdir ki, Xatəmi və Kərrubinində etirazına səbəb olmuşdur. Maraqlı burasıdır ki, bunlar Təbrizdə bu boyda saxtakarlığa göz yumarkən, Tehrandakı vəziyəti lənətləmişlər. Burada rəhmətlik Şəhriyarın Tehranlılar başlığı ilə Fars şovinizminə dediyi şeir bir daha xatirələrdə oyanır.

 

 

 

2- İrticai ideologilərin sıngın siyasəti

 

Kürd terorçularının açıq - aydın ərazi iddealarını görmüyəcək qədər bəsirət gözlərinin qarşısına  irticai ideologi gözəndiriyi bağlanmış bu insanların təbliqatı suyun üzündəki kəfdən başqa bir mahiyət daşımadı. Hələdə Kürdüstan dağlarında sərmayədarlığın əleyhinə savaşa hazırlanmaq yuxusunda olan bu insanların həqiqətən beyin yarıqlarının içində nə olduğu aydın deyildir. Bunların fikirlərindən anlaşıldığına görə Türkün qanının tökülməsinin əhəmiyəti olmadığı halda, özünü və toprağını qorumaq üçün məbada günə hazırlanmaq nəticəsində ortaya çıxacaq durum qanxorluq olacaqdır.

 

Millət açıqcasına bu siyasi sıngınların taktiklərini anlıyaraq, yox deməyi bacarmışdır. İçlərindəki düyünləri boşaldaraq ziddi milli yollarını millətin önünə sərdikləri üçün xəta etdikləridə aydınlaşmışdır. Millət başa düşmüşdürki, öz müqəddəratını təyin etmək üçün Şahqulu, Rusqulu və imamquluna ehtiyaci yoxdur. Mütəşəkkil olub güc mərkəzinə dönüşərsə bütün problərin həllinə nail olaraq qalib gələcəkdir.

 

Azərbaycan milli hərəkatının bu qalibiyətı nəticəsində millət bunuda başa düşmüşdür ki, Fars şovinizminin müxtəlif qollarına qucaq açan uydurma kominizm vəya bəzi aldatıcı örtüklər altında Şahçılıq, İranda demokratik cumhuriyətçilik vəya milli məzhəbilik onların dərdini dərman etmiyəcəkdir. Ona görədə “ bizi, ölkədəki seçgilər vəya Tehranda kimin hakimiyətdə olması maraqlandırmır. Biz Türk mehvəri ətrafında firlanan Azərbaycan Mərkəzli düşüncə sistəmini seçmişik” dedilər. Milli hərəkatımızı təhrif edən quvvələrin qulağının dibindən bir möhkəm şapalaq vuraraq gicəltdilər.

 

Xalq Şahqulu, Rusqulu və İmamquluların mahiyətini çoxdan anlamışdı. İndi isə “Kürdquluların məqsədini öğrənmək ” sualını ortaya atdı, gərçi qulluqçuya fərq etmədiyinidə bilmişdir. Millət, Azərbaycan yolunda səmimiyətlə çalışan bütün fəallara, bütöv Azərbaycançısından tutmuş - istiqlalçısına, federalçısından tutmuş – milli müxtaritətçisinə, Türkçüsündən tutmuş – dil haqqını qoruyanlara səsləndi ”sizi parçalamq üçün içinizə soxulmuş ziddi millilərə meydan  verməyin”.

 

 

 

 

 

Böyük Rəsuloğlu  :                22.03. 2008

 

     

نظرات 1 + ارسال نظر
دیار 1387/01/06 ساعت 08:44 ب.ظ

نتیجه‌ انتخابات ارومیه‌ را مدیون شورای نگهبان باشید که‌ همه‌ نمایندگان کردزبان ارومیه‌ را رد صلاحیت کردند.

برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد